Avstraliyanın Yeni Cənubi Uels ştatındakı avtodromda yarış avtomobili tamaşaçıların olduğu tribunaya çırpılıb, nəticədə, doqquz nəfər xəsarət alıb.
Oxu.Az bu barədə "7News" telekanalına istinadən xəbər verir.

Yarışda iştirak edən avtomobilin idarəetməni itirdikdən sonra maneəni yarıb keçərək, sərgi meydançasındakı səyyar tribunaya çırpıldığı bildirilir.
Məlumata görə, bir nəfərin vəziyyəti ağırdır, üç nəfər isə ciddi travmalar alıb.