Avstriya bir gün ərzində maksimum 3200 qaçqın qəbul edəcək.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökümətinin bu gün qəbul etdiyi qərarda bildirilir.
Avstriya DİN rəhbəri Yohanna Mikl-Laytner bəyan edib ki, ölkə rəhbərliyi sərhəd-keçid məntəqələrində əlavə tədbirlərin tətbiqini öyrənir.
Almaniya xüsusi xidmət orqanının direktoru Hans Qeorq Maassen bildirib ki, miqrantlarla birlikdə ölkə ərazisinə terrorçular da daxil olurlar.