Keyt Moss dəbli stereotipləri qıran supermodellərdən biri oldu. O, bəstə boyunu və arıqlığını fərqliliyə çevirdi və bununla da podiuma yeni nəsil ulduzları üçün yol açdı.

Bu günlərdə pərəstişkarları üçün əsl xəzinə olacaq gənc Mossun şəkilləri yayılıb. Bu şəkillər 1998-ci ildə onun 14 yaşı olarkən çəkilib.

Fotoqraf Ouen Skabyendir. O, Keytdən dayanacaqda avtobus gözləyərkən darıxan adam obrazını yaratmasını xahiş etdiyini danışıb. Skabyena bu fotosessiyanın çəkilməsini “Storm Models” agentliyindən Sara Dukasın yeni qızın sınaq fotolarını görmək üçün xahiş eydiyini də deyib.

Ouen Skabyena Keyt Mossun dünya modasında necə bir çevriliş edəcəyini heç ehtimal etmirdi.

Bəzi qızlar hazır pozalarla gəlirlər və sən bununla işləməlisən. Keytə isə sadəcə “Təsəvvür elə ki, dayanacaqda dayanmısan və darıxırsan" - deyib.

Bu fotosessiyadan kadrlarda biz gözəl bir qız görürük, o kameranın obyektivinə baxır. Tünd rəngli saçlarını külək dalğalandırır. Digər şəkillərdə o kişi köynəyində və kiçik şort geyib. Keyt müxtəlifdir, hündür beli olan cins şalvarda jilet geyərək gülümsəyir, rəqs etməyə çalışır.

“O, sadə, saf, təravətli və gəlincik gözəlliyi olan biri idi. Onun poz verməsi xoşuma gəlirdi. Onun modellərin çəkilişdə necə davranmalarına qarşı müştəbeh fikirləri yox idi”, fotoqraf əlavə edib.
Skabyena həmçinin Keytin çəkilişdən sonra da müəyyən zaman ərzində onunla əlaqə saxladığını deyib, sonra isə ünsiyyətə son qoyulub.
Bu peşəkar fotosessiya Keyt Moss üçün model biznesinə giriş oldu. O, məşhur “Vogue” jurnalının üz qabığını və Korin Deyin çəkilişlərini bəzəyib.