Avstriya hakimiyyəti sığınacaq istəyən 27 yaşlı Suriya qaçqınını terrorizm əsasında qətldə ittiham edib. İstintaqın versiyasına görə, müttəhim Homsda döyüşdən sonra 20 silahsız və köməksiz suriyalını güllələyib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, məhkəmə martın sonunda baş tutmalıdır.
“Der Standard” qəzetinin məlumatına görə, söhbət Homs qaçqınlar düşərgəsində böyüyən, vətəndaşlığı olmayan fələstinlidən gedir.
Müttəhimə qarşı istintaq keçən il başlayıb, həmin zaman hökumət onun keçmişindən xəbər tutub.
Müttəhim günahını etiraf etmir. Vəkillər həmin dövrdə müvəkkilin ağır psixi travma yaşadığını bildiriblər.
Müttəhim Avstriya vətəndaşı olmasa da və bu ölkə ərazisində cinayət törətməsə də, onun Suriyaya ekstradisiyası həmin ölkə ərazisində gedən döyüşlərə görə mümkün deyil.
N.О.
www.oxu.az