Hindistanda səyahət edən Avstriyalı qadın ölkənin Qucarat ştatının Cunaqadx şəhərində selfi çəkmək istəyərkən quyuyaa düşüb, Oxu.Az The Telegraph-a istinadən xəbər verir.
Yerli sakinlər onun səsini eşidib köməyə gəliblər. Onlar köynəklərindən kəndir düzəldərək qadını quyudan çıxarıblar.
Xilasetmə əməliyyatının videosu sosial şəbəkələrdə yayılıb.