Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər. Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiyanın Ukraynanın şərqinə hərbi qüvvə yerləşdirəcəyi təqdirdə tətbiq olunacaq.
Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov var.
Tanınmış jurnalistlərə gəldikdə, Mixail Leontyev, tanınmış Azərbaycan əsilli jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman da bu siyahıya daxil edilib.