Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu, bəstəkar-müğənni Emin Ağalarov məşhur Hollivud aktyoru Robert de Nironu qonaq edib.
Oxu.Az Ailem.az-a istinadla xəbər verir ki, Nobu restoranının 5 yaşının qeyd edildiyi tədbirdə iştirak edən Hollivud ulduzunun Ağalarovlarla eyni kadrda görüldüyü şəkil “Krokus” qrupunun rəsmi İnstagram səhifəsində yayılıb.