Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Eduard Məmmədovun maraqlı şəkli yayılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, E.Məmmədov “Gelandevagen” markalı, 90 EM 999 dövlət seriyalı avtomobilinin fotosunu sosial şəbəkədəki səhifəsinə yerləşdirib. İdmançının yeni şəkli maraqla qarşılanıb.
Qeyd edək ki, “Gelandevagen” markalı avtomobilin 150 minə yaxın qiyməti var.
E.Məmmədovun avtomobilinin fotosunu təqdim edirik: