Şimali Koreyanın yüksək vəzifəli məmuru Kim Çen In tərəfindən “xalq düşməni” adlandırıldıqdan sonra alovsaçan silah vasitəsi ilə yandırılaraq edam edilib.
Oxu.Az The Daily Mail-a istinadən bildirir ki, O Sanq-xon rüşvətxorluqda və kontrinqilabi fəaliyyətinə görə edam edilmiş kommunist lideri Çan Son Tekin dayısı ilə sıx əlaqəsinə görə cəzalandırılıb.
Cənubi Koreya KİV-in iddialarına görə O Sanq-xon az müddət öncə edam edilib. O Sanq-xon ictimai təhlükəsizlik nazirinin müavini idi. Cənubi Koreyanın “Çoson ilbo” nəşriyyatının yazdığına görə, alovsaçan silahın tətbiqi ilə həyata keçirilən edam onun rüşvətxorluqda günahkar olduğu bilindikdən sonra baş tutub.
11 yüksək vəzifəli məmurların edam və ya konsentrasion lagerlərə göndərildiyi ictimai təhlükəsizlik nazirliyinin fəaliyyəti dayandırılıb. Bu, Şimali Koreya diktatorunun Çan Son Tekin edamından sonra intiqamının ikinci dalğası idi.
Birinci dalğa edam edilənin o cümlədən Şimali Koreyanın Kubadakı səfiri də daxil olmaqla bütün yaxın qohum və tərəfdarlarını əhatə etdi.
Üçüncü dalğa şayiələrə görə Çan Son Tekin qalan qohumlarına və onların tərəfdarlarına yönlənəcək, bu isə 200 nəfərdən çox adamın həbsinə və edamına gətirib çıxaracaq.
Məmurun amansız edamı haqqında rəsmi xəbər olmasa da Kim Çen In xüsusi amansız üsullarla edam etmə əmri verdiyi ilk dəfə deyil.
Atası Kim Çen İrin ölümündən 2001-ci ilin dekabr ayında yeni lider müdafiə nazirinin müavini Kim Çxolu edam etməyi əmr edir, həm də mina da partladaraq.
Bu qərar ölkədə yas saxlanıldığı zaman o, spirtli içki içərək şənlik keçirib. Bu qeyri-adi edamı seçməyinin səbəbini Kim Çen In edam ediləndən “heç bir iz qalmasın, hətta saçı belə” deyərək izah edib.
Keçən ilin avqust ayında məlum olub ki, Şimali Koreya liderinin rəfiqəsi onlarla məşhur müğənni ilə birlikdə güllələnib, onlar pornoqrafiyaya dair qanunları pozmaqda ittiham ediliblər.
Sonradan Çan Son Tekin cəsədi itlərə yem edilib, sonra isə aydın oldu ki, bu sadəcə çin sosial mediasında yayılmış satiradır.
Analitiklər hesab edirlər ki, liderin dayısı güllələnərək qətlə yetirilib.
Aliyə İsmayılzadə
www.oxu.az