"The World Economic Forum" beynəlxalq təşkilatı ən yaxşı yolları olan ölkələrin reytinqini tərtib edib.
Oxu.Az xəbər verir ki, beynəlxalq təşkilatın reytinqinə əsasən, dünya ölkələri arasında Azərbaycan yollarına görə 50-ci yerə layiq görülüb. Bu siyahıda qonşu dövlətlər olan Rusiya 123-cü, Ukrayna 137-ci, Gürcüstan 78-ci, Ermənistan isə 81-ci yerdə qəraralaşıb.
Siyahıda Mərkəzi Asiya ölkələri arasında ən yaxşı nəticə Tacikistandadır - 70-ci yer. Dünya ölkələri arasında Qazaxstan 108-ci, Qırğızıstanın adı isə 131-ci çəkilir.
Reytinqə əsasən, ən yaxşı yollar Fransa, Biləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Portuqaliya və Omandadır. Siyahının ilk onluğuna İsveçrə, Avstriya, Honkonq, Finlandiya və Almaniya da daxildir.
Sonuncu 114-cü pillədə traslarının 40%-nin əsaslı təmirə ehtiyacı olan Moldovadır.
Ən pis yolları olan ölkələr isə Qvineya, Monqolustan, Rumıniya, Haitidir.
S.S.
www.oxu.az