Azərbaycan artıq NATO-nun Ukraynada ikinci “Si Briz-2016” təlimlərində iştirakdan imtina etdi.
Oxu.Az xəbər verir ki, haqqin.az-a Müdafiə Nazirliyindən Azərbaycanın artıq hazırkı “Si Briz-2016” təlimlərində iştirak etməyəcəyi bildirilib.
Ukraynada ABŞ ilə birgə “Si Briz-2016” təlimləri iyulun 18-də başlayacaq, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, təlimlər Odessa və Nikolayev vilayətlərində, eləcə də Qara dənizin şimali-qərb hissəsində keçiriləcək.
“Təlimlərin mövzusu – böhran regionunda təhlükəsizlik üzrə çoxmilli əməliyyatların aparılmasıdır”, - məlumatda deyilir.
Daha öncə Bakı NATO-nun Ukraynada “Rapid Trident-2016” hərbi təlimlərdə iştirakdan imtina etmişdi.