Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 78 əcnəbini ölkədən deportasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Hindistan, Türkiyə, Misir, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarus, Pakistan, Özbəkistan, Banqladeş, Qırğızıstan, Efiopiya, İordaniya, Şri-Lanka və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.