ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının 232 üzvü sənədə baxılmanın dayandırılmasına səs verib. Konqresin aşağı palatasının 147 üzvü isə bu təşəbbüsün əleyhinə səs verib. Beləliklə, qətnamə rədd edilib.
Trampın impiçmenti tələbi ilə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvü, Texas ştatından olan demokrat El Qrin avqustun 24-də sənədi Konqresə təqdim etmişdi. O, prezidenti İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyəti ilə əlaqədar səlahiyyətlərini aşmaqda günahlandırır.