Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycanda yaşayan ukraynalıların 51,50 faizi Vladimir Zelenskiyə səs verib.
Kp.ua portalı xəbər verir ki, bununla bağlı Ukrayna Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Ümumilikdə, xaricdə yaşayan ukraynalılardan 56 471 nəfəri səsvermədə iştirak edib.
Nəticələrə əsasən, Pyotr Poroşenko xaricdə verilən səslərin 53,61 faizini, Zelenski isə 44,91 faizini qazanıb.
Qeyd edək ki, Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenski seçki bülletenlərinin 79,66%-nin emalı nəticəsində səslərin 73,07%-ni toplayıb, hazırkı prezident Pyort Poroşenko isə 24,59% səs qazanıb.
Rəylər