Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üzünü it parçalayan uşağın vəziyyəti necədir? - Nazirlikdən açıqlama
Ötən gün Bakıda - Sulutəpə ərazisində itin hücumuna məruz qalan azyaşlının vəziyyəti yaxşıdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən uşağın səhhəti qənaətbəxşdir.
“Uşağa vaksinlər vurulub. Hazırda normal palatada müalicəsi davam edir”.
Xatırladaq ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Ərazidəki it 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edərək yanağını parçalayıb. Həkimlər onun yanağının parçalanmış hissəsini tikərək bərpa edib.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər