Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş baş direktor müavini Asa Reqnerlə görüşüb.
Oxu.Az xəbər verir ki, görüş zamanı Azərbaycanın UNESCO çərçivəsində fəal rolu müzakirə olunub.
Tərəflər gender bərabərliyi, təhsil sahəsində əməkdaşlıq, "UNESCO-80" təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.