Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda antiterror əməliyyat rejimi elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Dağıstan Respublikası üzrə Operativ Qərargahın nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, hazırda Məhərrəmkənd rayonunda silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır:
“Antiterror əməliyyatı rejimi gizli fəaliyyət göstərən yaraqlıların axtarışı ilə əlaqədar tətbiq edilib”.