ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ona Suriyada Amerika vətəndaşı Kevin Dous azad edilməsində göstərdiyi köməyə görə təşəkkür etdi.
Oxu.Az-ın xəbərinə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər”, - məlumatda bildirilir.
Qeyd olunur ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.