Hindistan kəndlərinin birində kiçik qıza təcavüz etdiklərinə görə vəhşicəsinə döyülən kişilərdən biri ölüb, digər iki nəfər isə ciddi xəsarətlər alıb.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, yeddi yaşlı kiçik qız Qərbi Benqaliyada Kaliabazar kəndinin yaxınlığında ağacdan asılı tapılıb.
Qəzəblənmiş sakinlər tezliklə tantra ənənələrə riayət edən yerli “müqəddəs”i və onun iki dostunu tapıblar.
Kişilər vəhşicəsinə döyülüblər, onlardan biri həlak olub. Digər ikisi isə çox ciddi xəsarətlər alıb.