Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BAEA İranın nüvə proqramına qarşı qətnamə qəbul edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəetmə Şurası İranın nüvə proqramına qarşı təqdim olunan qətnaməni qəbul edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilib ki, Almaniya, Britaniya və Fransanın təklif etdiyi qətnamə 19 lehinə, 3 əleyhinə və 12 bitərəf səslə təsdiqlənib. Rusiya, Çin və Burkina-Faso qətnamənin əleyhinə səs verən ölkələr olub.
Məlumata görə, İran Xarici İşlər Nazirliyi BAEA İdarəetmə Şurasının qətnaməni qəbul etməsini siyasi və düzgün olmayan bir addım kimi qiymətləndirib. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami qərara cavab olaraq, təsirli tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib.
"İranın nüvə proqramı" teqi üzrə xəbərlər
- Xameneinin silahdaşı İranın Nüvə silahının yayılmaması haqqında Müqavilədən çıxmasına çağırış edib
- Tramp İranın nüvə proqramına mane olmaq üçün zərbələr endirə bilər
- İran nüvə obyektlərində yoxlamalara icazə verməyəcək
- Üç ölkə İrana nüvə proqramı ilə bağlı çağırış etdi
- İran BAEA-ya 6000 uran zənginləşdirmə sentrifuqası qurmaq planı barədə məlumat verib
Rəylər