Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bıçağı qohumu olan qızın boğazına dirəyib qaçırmaq istəyən şəxsə AĞIR CƏZA
Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən Ramil İmanlının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 14 oktyabr 2023-cü il tarixində saat 12:30-da Ağdaş rayonunda yerləşən kəndlərin birində qeydə alınıb.
Belə ki, Ramil İmanlı qohumu, zərərçəkmiş İnarə Səmədovanın (şərti) yaşadığı ünvanın həyətinə gəlib, qadına fiziki güc tətbiq edib. O, zərərçəkmişin boynundan yapışdıqdan sonra bıçağı onun boğazına dirəyib küçəyə çıxarıb. Ramil qızı yolun kənarında saxladığı özünə məxsus VAZ-21099 markalı avtomobilə doğru sürüyüb. Bu zaman İnarə qışqırıb səs-küy salıb kömək çağırmaqla israrlı müqavimət göstərib. Zərərçəkmişin səsinə gələn şəxslər onu Ramilin əlindən alıblar.
Hadisədən sonra Ramil İmanlı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
"Şəki Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
- Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşına hökm oxundu
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
Rəylər