Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bağdad parlamenti yaxınlığında çadır şəhərciyi quruldu
Radikal şiə imam Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın mərkəzində hökumətin “yaşıl zona”sında yerləşən İraq Nümayəndələr Şurasının (parlament) binası yaxınlığında çadır düşərgəsi qurublar.
Etirazçıların sözçüsü İbrahim əl-Cəbari bildirib ki, şənbə günü parlament sarayını zəbt edən nümayişçilər “bütün tələbləri yerinə yetirilənə qədər oranı tərk etmək niyyətində deyillər”.
Onun sözlərinə görə, nümayişçilər üçün əsas məsələ “qanunverici orqanın buraxılması və korrupsioner məmurların daxil edilməyəcəyi keçid hökumətinin yaradılmasıdır”. Fəallar həmçinin Ali Məhkəmə Şurasının rəhbərliyinin dəyişdirilməsini tələb edirlər.
Mənbə: TASS
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq
- Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən XƏBƏR VAR
- Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqləndi
- Ali Məhkəmədən yol-nəqliyyat hadisələri ilə bağlı mühüm QƏRAR
- Şeyx Şamilin büstünü partladan və hərbi hissəyə hücum edən ömürlük məhkumla bağlı qərar verilib
Rəylər