Bağdadın mərkəzində güclü partlayış olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, İraq paytaxtında insanların sıx yaşadığı məhəllədə minalanmış avtomobilin partladılması nəticəsində 15 nəfər ölüb.
BMT-nin məlumatına əsasən, oktyabr ayında Bağdadda 352 nəfər terror aktlarının qurbanı olub, minə yaxını xəsarət alıb.