İraqın paytaxtında məsciddə partlayış zamanı ən azı 25 nəfər ölüb və xəsarət alıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
TV-in məlumatına görə, Bağdadın cənubi-qərbində ar-Rizvaniya rayonunda terrorçu-kamikadze özünü şiyə məscidində partladıb.
Ölənlərin sayı dəqiqləşdirilir. Partlayışa görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.