İraqın paytaxtı Bağdadda terrorçu-kamikadze yük maşınına qoyulmuş partladıcı qurğunu işə salaraq terror aktı həyata keçirib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, partlayış Bağdadın cənubunda nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində 17 nəfər ölüb, 60 nəfər yaralanıb.
Terror aktına görə məsuliyyəti, hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
N.О.
www.oxu.az