Bağdadın mərkəzində partlayıcı olan avtomobilin partlaması nəticəsində altı nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə İraq təhlükəsizlik orqanlarında olan mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, partlayış ən-Nəhda ticarət rayonunda baş verib.
N.O.
www.oxu.az