“Pandemiyanın ortasında bir qadın olmaq ... asan deyil!”.
Oxu.Az-ın xəbərinə görə, bunu Anqolanın sabiq prezidenti Juze Edvardu dus Santuşun qızı, Afrikanın milyarder xanımı İzabel deyib. Altı gün sonra Bakıda doğulmasının 47-ci ilini qeyd edəcək İzabel dus Santuş pandemiya dövründə qadın olmağın asan iş olmadığına “Instagram” vasitəsilə diqqət çəkməyə çalışıb:
“Evimizi nəzarətə götürməliyik, işimizi qorumalıyıq, ailəmizin təhlükəsizliyini təmin etməliyik. Pandemiya dövründə qadın olmaq öz nəslini təhlükədən qoruyan ana şir olmaqdır. Şükürlər olsun ki, biz afrikalı qadın kimi güclü, dözümlü, cəsarətliyik. Biz birlikdə ayaq üstə qalacağıq”.
View this post on InstagramXatırladaq ki, İzabel 1969-1973-cü illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası – S.M.) təhsil alan Juze Edvardu dus Santuşla rus Tatyana Kukanovanın nikahı zamanı Bakıda doğulub. Atası 1979-2017-ci illərdə Anqolanın üçüncü prezidenti olub.
Məşhur “Forbes” jurnalı 2013-cü ildəki araşdırmasına görə, 2 milyard dollara sahib olan İzabel dus Santuşu Afrikanın ilk qadın milyarderi adlandırıb. Lakin atasının prezidentliyi dönəmində ölkə xəzinəsinə vurduğu maddi ziyana görə Portuqaliya və Anqola prokurorluğu onun bütün bank hesablarını dondurub.
Səbuhi Musayev
"Anqola" teqi üzrə xəbərlər
- Anqolada qızıl mədənində torpaq sürüşməsi: 28 nəfər öldü
- Azərbaycan yeddi ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini ləğv edir
- Anqola prezidenti İlham Əliyevə zəng edib
- Azərbaycanla Anqola arasında siyasi məsləhətləşmələr mexanizmi yaradılır
- Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
Digər xəbərlər