“Kişi balaca oğluna öküzün belinə atılmağı bacararsa, ona 20 dollar verəcəyini vəd edib, oğlan mərcin şərtini yerinə yetirib”.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb.
“YouTube”da yerləşdirilmiş çarxda uşağın öküzə yaxınlaşdığı, daha sonra onun üzərinə atılması əks olunub. Videonun müəllifi oğluna buna görə pul mükafatı vəd etdiyini bildirib.
Çarxda bacı olduğu ehtimal edilən qızın səsi gəlir, o, bu işin heç də təhlükəsiz olmadığını deyir. Ana onunla razılaşsa da oğlanı dayandırmağa cəhd etmir.
Həmin an oğlan öküzün belinə atılır, heyvan diksinir. Yalnız bundan sonra valideynlər çəkilişi dayandıraraq yardıma qaçırlar.
Ailə başçısı “Facebook” hesabında bildirib ki, uşaq öz 20 dollarını alıb. “Mən istərdim biləsiniz ki, əslində onun öküzə yaxınlaşmayacağını, yaxınlaşsa da onu belinə tullanmayacağını düşünürdüm”, - o, əlavə edib.
N.О.
www.oxu.az