Gürcüstanda ətraf mühitə verdiyi zərər üçün mərhələli şəkildə plastik paketlərdən imtina edəcək.
Oxu.Az bu barədə “Novosti Qruziya”ya istinadən xəbər verir.
Həmçinin Gürcüstanda plastik qablaşdırmanın istehsalı, idxalı və satışı ilə əlaqədar normativ aktın müvafiq layihəsi hazırlanıb.
“Normativ akt plastik paketlərin mərhələli şəkildə qadağan edilməsini, onların Avropa standartlarına uyğun olan kağız, dəfələrlə istifadə edilə biləcək paketlərlə əvəz edilməsini nəzərdə tutur”, - nazirliyin məlumatında deyilir.
Avropa İttifaqı yaxın illərdə yüngül polietilen paketlərin istehlakının ciddi şəkildə məhdudlaşdırmaq niyyətindəir. Aİ üzv ölkələri 2025-ci ildə hər sakinin ildə 90 paketdən çox paket istifadə etməmməsinə nail olmalıdırlar.
N.О.
www.oxu.az