Florida ştatından olan balıqçı Mett Pemberton təxminən 270 kiloqramlıq mako köpək balığını tutub.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, balıq yarım saat ərzində müqavimət göstərib.
Pemberton və onun dostları Panama-Siti-Biç şəhərinin çimərliyində balıq tuturdular. Pemberton tilova böyük balığın düşdüyünü hiss edir. Köpək balığını sudan çıxarmaq üçün o, digər balıqçıları köməyə çağırıb.
Balığın uzunluğu təxminən üç metrdir. Onun sahilə yaxın üzməsinin səbələri bəlli deyil.
Pemberton balığı tutandan sonra şəkilləri Facebook-da yerləşdirib. Şərhdə o, “yaxın vaxtlarda biz dadlı yemək yeyəcəyik” yazıb.