Rusiyanın Krasnodar vilayətində qəribə oğurluq hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə saat 01.00 radələrində iki oğru sutka boyu işləyən “Kuroçka ryaba” mağazasını qarət ediblər. Onlar satıcını tapança ilə hədələyərək, içində 20 min rubl olan seyfi aparıblar.
Mağazanın qarət olunması videokameralara həkk olunub. Krasnodar daxili işlər nazirliyinin nümayəndəsi Artyom Konovalenkonun mediaya təqdim etdiyi videogörüntü hər kəsi şoka salıb. Görüntülərdə XVI əsrdə yaşamış və “100 dahi ingilis” siyahısında yer alan ingilis zadəganı Qay Foksun göy cinsdə və boz vodolazda var. Barak Obama “Adidas” loqotipli bozumtul göy idman kostyumunda mağazaya daxil olur.
Analoji qarət hadisəsi 31 martda şəhərin başqa küçəsində yerləşən mağazada baş verib. Oğrular o vaxt Qay Foks və Barak Obamanın maskalarında zərgərlik mağazasına basqın edərək, oradan milyon rubl dəyərində qiymətli zinət əşyaları aparıblar.