Ukraynada davam edən etiraz aksiyaları fonunda ölkənin baş naziri Nikolay Azarov istefa verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı Ukrayna hökumətinin mətbuat xidməti də təsdiqləyib.
Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən müraciətində isə Azarov bildirib ki, münaqişənin dinc yolla nizama salınması naminə şəxsən Ukrayna prezidentindən baş nazir postundan istefa vermək qərarını qəbul etməsini xahiş edib.