Şiddətli yağışlar Rusiyanın Başqırdıstan Respublikasında fəsadlara səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bildirilib k, təbiət hadisəsindən sonra Ufa şəhərini su basıb. Şəhər administrasiyasından verilən məlumata görə, bir gün ərzində demək olar ki, bir aylıq yağıntı norması düşüb.
Bununla yanaşı, respublikanın Uçalı rayonunda güclü qasırğa baş verib. Təbii fəlakət evlərin dam örtüklərini uçurub və hasarları dağıdıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda ərazidə fövqəladə hallar xidmətləri fəaliyyət göstərir. Əhaliyə zərurət olmadan səfərlərdən çəkinmək və qırılmış naqillərə yaxınlaşmamaq tövsiyə olunur.
Təhlükəli hava şəraitinin Moskvaya doğru irəlilədiyi bildirilir.