Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Batman" filmləri reallığa çevrilir
Kristofer Nolanın məşhur "Batman" trilogiyasının pərəstişkarları artıq əfsanəvi "Tumbler" betmobilinin eynisinə sahib ola biləcəklər.
Oxu.Az-ın "No Limits" "Telegram" kanalına istinadən məlumatına görə, "Warner Bros" film şirkəti futuristik dizaynı və qeyri-adi imkanları ilə tamaşaçıların yadında qalan bu unikal avtomobilin kiçik seriyalı istehsalını təsdiqləyib.
Betmobilin dəqiq kopiyalarının yaradılması ilə "Warner Bros"un xüsusi bölməsi - "Wayne Enterprises" məşğul olacaq. Bu brendin fəaliyyəti ABŞ-də və dünyada ultralüks məhsulların istehsalı və satışına yönəlib.
"Warner Bros" cəmi 10 ədəd "Tumbler" betmobili buraxmağı planlaşdırır və onların hər biri alıcıya 3 milyon dollara başa gələcək. Həmin avtomobilləri ilkin ödənişdən 15 ay sonra əldə etmək mümkün olacaq.