Almaniyanın Bavariya vilayətinin Eltman şəhərində zavodda partlayış nəticəsində beş nəfər ciddi xəsarət alıb.
Oxu.Az Ramblernews-a istinadən xəbər verir ki, bu barədə yerli “Reporter24” nəşri məlumat yayıb.
Hadisə “Schaeffler KG” avtomobil sənayesi üçün komplektləşdirmə zavodunda yeli vaxt ilə saat 10:20-də (Bakı vaxtı ilə saat 12:20) baş verib. 200 nəfər təxliyə edilib.
Xilasetmə xidməti əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisənin təfərrüatları aydınlaşdırılır.
N.О.
www.oxu.az