Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Baydenin müharibəsi"ni Tramp davam etdirə bilər
ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişəni dayandırmaq şansı getdikcə azalır.
Oxu.Az xəbər verir ki, bu barədə "The Economist" məlumat verib.
Qeyd olunur ki, ABŞ prezidentinin müharibəni 100 günə dayandırmaq vədinin müddəti bu ay başa çatır. Nəşrin mənbələrinin verdiyi məlumata görə, Trampın "Bayden müharibəsi" adlandırdığı münaqişə onun öz münaqişəsinə çevrilə biləcəyindən narahatdır.
Döyüşləri bitirmək səylərində Trampın Rusiyaya qarşı xüsusi yumşaqlıq və Ukraynaya qarşı düşmənçilik nümayiş etdirdiyi iddia edilir. Bildirilir ki, o, getdikcə özünü Rusiyanın könüllü ortağı kimi aparır.
Məqalədə qeyd olunur ki, Rusiyaya qarşı radikal tədbirlər görməyə hazır olduğu barədə bəyanatlarına baxmayaraq, Vaşinqtonun siyasəti dəyişməz olaraq qalır. Onun Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatdığı, lakin yeni məhdudiyyətlər tətbiq etməkdən imtina etdiyi iddia edilir.