Böyük Britaniyanın BBC teleradioyayım korporasiyası 550 iş yerini ixtisar edəcək.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
İşdən çıxarmalar, xəbərlər və kontent seqmentlərinə də təsir edəcək. Bəzi köhnə proqramlar bağlanacaq, mütəxəssis komandaları isə birləşdiriləcək.
Bu tədbirlər illik xərcləri təxminən 160 milyon funt-sterlinq (214 milyon dollar) azaltmağa imkan verəcək. Şirkət yaxın aylarda korporativ bölmədə təxminən 700 iş yerinin ixtisarı da daxil olmaqla, əlavə qənaət tədbirləri elan edəcəyinə söz verir.
Ümumilikdə korporasiya üç il ərzində 1.8-2 min əməkdaşı işdən çıxarmaqla xərclərini 500 milyon funt-sterlinq azaltmaq niyyətindədir.