İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi bildirib ki, BBC, "Iran International" və "Radio Farda" kimi media orqanları birbaşa "Mossad", ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və digər kəşfiyyat təşkilatları ilə əlaqəlidir, onlardan təlimat və dəstək alırlar.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
"Bu KİV-də çalışan şəxslər İsrailin və Amerikanın əsgərləridir və onlar hərbi hədəflər siyahısına daxil edilə bilərlər, çünki bizim nöqteyi-nəzərimizdən bunlar media deyil", - deyə general iddia edib.
Qaynar xətt:
(055) 224 12 12