Neftin bir bareli üçün 80 dollar qiyməti çətin ki, onilliyin sonuna qədər qayıtsın, 2040-cı il üçün isə bu sahəyə investisiyaların azalmasına baxmayaraq, bir barel üçün qiymət 85 dollara qədər artacaq.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi proqnoz verib.
Çərşənbə axşamı dərc edilmiş BEA-nın illik enerji proqnozuna əsasən (World Energy Outlook) yaxın illərdə neftə olan tələbat bir sutkada 1 milyon bareldən artıq olmayacaq. 2020-ci ilin sonuna qədər olan dövrdə dünya neft istehlakı 900 min b/s artacaq, 2040-cı ildə isə bu tələbat 2015-ci ildə olan 94,5 mln b/s ilə müqayisədə 103,5 milyon b/s-ə çatacaq.
“Neftin qiymətinin ucuzlaşması bazarda tələbatın artması şəraitində və xammalın hasil edilməsinin sürətinin azalması şəraitində tarazlığın dəyişməsinə vasitəçi olacaq”, - ekspertlər qeyd edirlər.
OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artımı 2020-ci il üçün dayanacaq, məhz bu zaman neft sahəsində tam olaraq gəlirlərin azalması hiss ediləcək, BEA-nın məruzəsində qeyd edilir.
Bu ölkələrin hasilatının artırılması qarşıdan gələn beş il üçün ləngiyəcək, bu zaman 2010-2015-ci illərdə qeydə alınmış hasilat səviyyəsinin üçdə biri qədər azalacaq.
BEA-nın dəyərləndirmələrinə görə, ABŞ-da neft hasilatı gələn onillikdə öz pik həddinə 5 milyon b/s-ə çatdıqdan sonra azalacaq.
ABŞ, Avropa İttifaqı və Yaponiya neft tələbatını müştərək olaraq 2040-cı ildə 10 milyon b/s azaldacaqlar, BEA-da belə hesab edirlər.
BEA-nın məlumatına görə, neft sahəsinə cari ildə investisiya yatırımı 20% azalıb.
İnvestisiyaların azaldılması OPEK-ə üzv olmayan ölkələrdə hasilatın 2020-ci ilə qədər 55 milyon bs-ə qədər azalmasına gətirib çıxaracaq.