Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti müsəlmanlar üçün müqəddəs Ramazan ayında ərzaq məhsullarına qiymətləri donduracaq.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, qiymətlərin artırılmasına qadağa 3500 növ ərzaq məhsuluna şamil olunacaq.
BƏƏ-nin İqtisadiyyat Nazirliyi düyü, un, yağ, süd tədarükçüləri ilə görüşlər keçirib. Görüşün məqsədi onların Ramazan ayında tələbatın artacağı məhsulların kifayət qədər ehtiyatlarına malik olmasına əmin olmaq olub.
Bundan başqa, ilkin tələbata aid olan 4700 məhsula 70% endirim tətbiq olunacaq.