Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Bakıda danışıqlarda “Türk axını” da daxil olmaqla iri enerji layihələri, həmçinin Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“AES tikintisi ilə bağlı olduqca ətraflı danışıldı, mövcud problemlər qeyd olundu. Ukrayna daxil olmaqla cari aktual beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi aparıldı.
“Türk axını” və digər mövcud marşrutlar da müzakirə olundu”, - Peskov deyib.
O həmçinin qeyd edib ki, dövlət başçıları ticarət dövriyyəsini 100 milyard dollar səviyyəsinə çatdırmaqla bağlı strateji məqsədi təsdiq ediblər.