71 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim edib.
Oxu.Az xəbər verir ki, İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik edib.
20:24
Bu gün I Avropa Oyunlarında güləş üzrə 71 kq çəki kateqoriyasında final qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, idmançımız Rəsul Çunayev bu çəki kateqoriyasında finalda macar Balint Korpasi ilə üz-üzə gəlib.
Gərgin keçən görüş Rəsulun 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu, yığmamızın Avropa Oyunlarında qazandığı üçüncü qızıl medaldır.