Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Rusiya prezidenti Vladimir Putin arasında Bakıda I Avropa Oyunlarının açılışı mərasimi çərçivəsində kommunikasiya olmayıb.
Oxu.Az gürcü KİV-nə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin administrasiyasından məlumat verilib.
Qeyd etmək lazımdır ki, Gürcüstan yığmasının stadiona çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.