Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2026-cı il mayın 1-dən etibarən OPEC və OPEC+ alyansını tərk etməklə bağlı qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM xəbər agentliyi yayıb.
Agentliyin məlumatına əsasən, BƏƏ-nin OPEC və OPEC+ ittifaqlarından ayrılması dövlətin uzunmüddətli strateji və iqtisadi planları izah edilir.
OPEC üzv ölkələrin neft siyasətini əlaqələndirən və qlobal neft bazarını tənzimləyən təşkilatıdır. Buraya 12 ölkə daxildir: Əlcəzair, Konqo Respublikası, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela.
OPEC+ isə OPEC və təşkilata üzv olmayan digər əsas neft istehsalçıları arasında genişləndirilmiş əməkdaşlıqdır. Buraya Rusiya, Qazaxıstan, Azərbaycan, Meksika, Oman, Bəhreyn, Bruney, Malayziya, Sudan və Cənubi Sudan daxildir.