Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdə yaranmış diplomatik böhran fonunda Qətərdən gələn və bu ölkəyə uçan bütün təyyarələr üçün hava məkanını bağlayıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “The National” nəşri yazıb.
BƏƏ-nin Mülki Aviasiya İdarəsi Doha hava limanına xidmət edən bütün beynəlxalq reyslərə xidmətin qadağan olunduğunu elan edib. Bundan əlavə, BƏƏ hökuməti “Qatar Airways”in saytına girişi əngəlləyib.
İyunun 7-də “Sky News Arabia” telekanalı BƏƏ-nin “Qatar Airways”in ölkə ərazisindəki bütün ofislərini bağladığını məlumat verib.
S.B.
www.oxu.az