Belarus prezidenti Aleksandr Lukaşenko Pekində keçirilən “Bir kəmər – bir yol” beynəlxalq forumuna 12 yaşlı oğlu Nikolay ilə gəlib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Nikolay Çin sədri Si Szinpin ilə birgə şəkilçəkdirmə mərasimində iştirak edib, daha sonra isə sədrin həyat yoldaşına mücrü hədiyyə edib.
Mayın 14-də Pekində “Bir kəmər – bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə forum öz işinə başlayıb. Tədbirdə 29 ölkənin dövlət və hökumət başçısı iştirak edir.
A.M.