Belarus neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın “Qazprom” şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin nümayəndələri məlumat yayıb.
Qeyd olunub ki, belə bir qərar danışıqlardan sonra qəbul olunub.
“Belarus tərəfi neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın “Qazprom” şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək”, - Rusiya Energetika Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, yaxın günlərdə Belarusa neft tədarükünün bərpa olunacağı bildirilir. Onların həcmi ildə 24 milyon ton təşkil edəcək.
N.О.
www.oxu.az