Mənzil təmirini adətən təbii fəlakət kimi görürlər. Bu heç də təəccüblü deyil, çünki təmir adətən çox vaxt və vəsait tələb edir. Lakin təmirdən sonrakı yenilənmiş sizin zövqünüzə və rahatlığınıza görə qurulmuş mənzili düşünsək sərf olunan vaxta və vəsaitə dəyər. Hamının həyatında təmir vaxtının gəlib çatdığı anlar olur.
Təmir sizin yaddaşınızda aylarla davam edən qorxulu bir yuxu ya da əyləncəli və maraqlı macəra kimi yadda qala bilər. Hər şey təmir işinə necə yanaşmağınızdan asılıdır.
Nədən başlamalı?
İlk öncə mənzilinizin görünüşünə qərar vermək lazımdır. Bunun üçün plan qurmaq vacibdir. Planı dəqiq şəkildə vərəqdə hazırlamaq olar. Bu sizə təmir işlərinin necə olacağını görməyə, işləri planlaşdırmağa və sərf olunacaq vəsaiti hesablamağa imkan yaradacaq. Siz hər bir otağın üslubunu və rənglərini düşünməlisiniz.
Həmçinin, siz materialları seçməlisiniz, belə ki təmirin keyfiyyəti məhz onlardan asılı olacaq. Sonralar maliyyə ilə bağlı problem yaşamamaq üçün təmirə lazım olan material və xidmətlərin qiymətləri ilə tanış olun.
Sizin yaradıcılıq qabiliyyətləriniz varsa, interyer dizaynı ilə məşğul olan şirkətə pul sərf etmək məcburiyyətində qalmayacaqsınız. Lakin köməyə ehtiyacınız varsa, sizə uyğun olan şirkəti axtarmalı olacaqsınız. Həmin şirkətin mütəxəssisləri sizə layihə dizaynını hazırlamaqda kömək edəcək.
Dizayner seçiminə xüsusilə ciddi yanaşmaq lazımdır. Günümüzdə öz xidmətlərini təklif edən yüzlərlə bu cür şirkət var, buna görə də sizin qarşınıza bu peşə ilə məşğul olan təcrübəsiz, hətta qabiliyyətsiz biri çıxa bilər.
Burada söhbət yalnız gözəllikdən getmir, əsas məsələ funksionallıqdır. Məsələn, təmir bitdiyində elektrik “rozetka”lar kifayət qədər olmadığı zaman yenidən hər şeyi düzəltmək sizə ikiqat daha baha başa gələ bilər. Buna görə dizayn şirkətinə sifariş verən zaman əlavə lazım ola biləcək ləvazimatları nəzərə almaq lazımdır.
Tikinti briqadasının axtarışı
Təmirlə özünüz məşğul olmaq fikrində deyilsinizsə, onda növbəti addım təmir üçün tikinti briqadasının seçilməsidir. Bir çox dizaynerin öz briqadası var. Əgər belə olmazsa siz özünüz briqadanı axtarmalı olacaqsınız.
Mütəxəssis tapmaq heç də asan deyil və bu işə çox böyük məsuliyyətlə yanaşmaq lazımdır çünki təmirin keyfiyyəti məhz bundan asılıdır. Əlbəttə ki, ustaları qəzet və internetdəki elanlardan da tapmaq olar, lakin bizim fikrimizcə tikinti briqadasının xidmətlərindən yararlanıb razı qalan dost və tanışlarınızın tövsiyələrinə qulaq asmaq daha etibarlı olardı.
Heç vaxt xidmətlərinin ucuz olduğuna görə sözdə peşəkar olan ustaları seçməyin çünki sizi aldada bilərlər. Necə deyərlər, xəsis iki dəfə ödəyir.
Tikinti materiallarının alınması
Beləliklə, dizayn hazırdır, tikinti briqadasını tapmısınız, geriyə qalır lazımi materialları almaq. İstədiyiniz rənglərdə divar kağızı, uyğun santexnika, boya tapmaq vaxtınızı aparacaq. Bəzi materialları tapmaq çətin olacaq. Özünüzü buna hazırlayın.
Təmir zəhmətli bir işdir. Siz bir çox təşkilati məsələnin həll olunmasında, layihənin təsdiqlənməsində, xərclərin hesablamasında iştirak etməlisiniz. Özünüzü bunlara hazırlayın. Həmçinin, siz görülən işləri müntəzəm şəkildə yoxlamalısınız.
Mənzilin təmiri, onun sizin üçün ən rahat yer olaraq sizin zövqünüzə görə hazırlanması sevinc hissi bəxş edir, lakin, buna baxmayaraq, təmir işləri əsəb, təmirə sərf olunan aylar, narahatlıq və gərginliklə bağlıdır.
Üç yanğın hadisəsi və beş dəfə başqa yerə köçmək
Psixoloqların sözlərinə görə, təmir zamanı yaşadığınız stressi üç dəfə baş verən yanğın və beş dəfə başqa yerə köçdüyünüz zaman yaşadığınız gərginlik kimidir. İşçilər işləri vaxtında çatdıra bilmir, nəyisə düzgün ölçməyiblər, lazım olan divar kağızları yoxdur, bütün bunlar əsəbləri pozur. Amma bu ki fəlakət deyil, bunun bir çıxış yolu var.
Ən yaxşısı əsəblərinizi qorumaq üçün bütün xidmətləri təklif edən əsl peşəkarlara ödənişi edin. Hal-hazırda bazarda olduqca maraqlı təkliflər var.
Məsələn, hal-hazırda tikintisi davam edən “Panorama Park” yaşayış kompleksinin tikintisini Alians Development şirkətinin peşəkar komandası həyata keçirir. Bu komanda binaların tikintisi və məkanların daxili hissəsinin hazırlanması üzrə bütün xidmətləri təklif edir.
“Panorama Park” yaşayış kompleksində vətəndaşların istəyinə uyğun olaraq müxtəlif ölçülü və istiqamətli 1,2,3,4,5 otaqlı mənzilləri almaq olar. Siz həm təmirsiz, həm tam təmirli yaşayış sahəsi ala bilər və təmir olunmuş hazır mənzillər arasında seçim edə bilərsiniz. “Panorama Park” yaşayış kompleksində kampaniya davam edir:yaşayış sahəsinin hər 10 kvadrat metrini ödənişsiz əldə edirsiniz!
50 kv. metrlik sahə aldığınız zaman yalnız 45 kv. metrin ödənişini edirsiniz, qalan 5 kv. metri binanın tikən şirkət tərəfindən təqdim olunur. Bu kampaniya yalnız mənzilin tam ödənişini edən alıcılar üçün deyil, həmçinin, yaşayış sahəsini 10%,30% və 50% məbləğində ilkin ödənişlə kreditin daxili xətti ilə 5 il ərzində hissə-hissə ödəməklə əldə edən alıcılar üçün nəzərdə tutulub.
Bundan əlavə, “Panorama Park” Yaşayış kompleksində 60 ay müddətinə tamamilə faizsiz hissə-hissə ödəniş etmək olar! Mənzil üçün ilkin ödəniş 10%-dən başlayan qiymətlərlə təşkil edir.
Sizə yalnız əşyalarınızı mənzilə gətirmək qalır. Qayıdaq əsas mövzumuz olan təmir məsələsinə. Alians Development şirkəti təmiri tez, keyfiyyətli, stress keçirmədən, lazımi materialları tapmağa sərf olunan vaxta qənaət etməklə öz müştərilərinə unikal bir imkan təklif edir.
Rahatlığınıza və vaxtınıza dəyər verirsinizsə, tikinti işlərinin təlaşından uzaq qalmaq istəyirsinizsə və mənzilinizin təmirinin keyfiyyətindənvə uzun müddət yaxşı vəziyyətdə qalacağından əmin olmaq istəyirsinizsə, Alians Development şirkətinə müraciət edin.
Burada hər bir sifarişçiyə 3D-görüntüsü və mənzilin təmiri üçün lazım olan bütün iş sxemləri ilə layihə-dizaynı (3 növ) təklif olunur.
Alians Development şirkətinin mütəxəssisləri birlik içində çalışır və binaların tikintisində, mənzillərin təmirində yalnız keyfiyyətli və sınaqdan keçirilmiş materialları istifadə edir.
Alians Development şirkəti üçün sifarişçinin maraqları çox vacibdir, dizaynı həyata keçirən briqadalar həcmli işlərlə məşğul olur, buna görə də bütün işlər, o cümlədən, layihənin hazırlanması, materialların seçilməsi və s. ciddi şəkildə qrafiklə həyata keçirilir. İşlərin keyfiyyətli şəkildə təyin olunan müddətdə həyata keçirilməsi şirkətimizin əsas xüsusiyyətidir.
Bütün təmir və bəzək işləri rəsmi müqavilə əsasında interyerin layihə-dizaynına tam uyğun şəkildə həyata keçirilir. Bu müqavilədə işlərin icra olunma müddəti, qaydası və ödənişi qeyd olunub.
İstənilən təmir zamanı ən dəyərli olan bərpa edə bilməyəcəyiniz sinirlərinizdir. Təmir işini bir təbii fəlakət olaraq düşünməyin. Mənzilinizin yenilənməsi sizə rahatlıq, müsbət emosiyalar və yaxşı əhval-ruhiyyə bəxş etsin!
Təmir işini Alians Development şirkətinin peşəkarlarına etibar edin və təyin olunan müddətdə xəyallarınızdakı mənzilə qovuşun. Sizə yalnız əşyaları mənzilə gətirmək qalacaq!
“Panorama Park” yaşayış kompleksi Gəncə və Nobel prospektinin kəsişməsində yerləşir.
Binanın pəncərələrindən Bakı buxtasının gözəl mənzərəsi görünür. Obyektin tikintisi istilik və işıq izolyasiya edən möhtəşəm xüsusiyyətlərə malikən yaxşı tikinti materialları ilə müasir qabaqcıl texnologiyalarla həyata keçirilir.
Burada hər şey sakinlərin rahatlığı üçün nəzərdə tutulub: 450 avtomobil üçün nəzərdə tutulan ikimərtəbəli avtomobil dayanacağı, mağaza, uşaq bağçası, uşaqlar və böyüklər üçün oyun və idman meydançaları, idman və fitnes zalları, gözəllik salonu, SPA.
Bütün ictimai yerlər, evlər və dayanacaq video müşahidə vasitələri ilə təchiz olunub. Gecə-gündüz işləyən mühafizə sizin təhlükəsizliyinizi təmin edir.
Binanın tikən şirkətin etibarllığını bütün lazımi sənədlər, həmçinin, tikinti materiallarının və keçirilən ekspertizaların keyfiyyəti məsələlərində tam açıqlıq təmin edir. “Panorama Park” Yaşayış kompleksində mənzilin alınması sizə rahatlıq, nüfuz və vəsaitlərə qənaət olunmasını təmin edəcək.
Ətraflı məlumatı (+99455) 400 27 17 / 400 27 19 / *2727 nömrələri ilə əlaqə saxlayaraq və İnternet-səhifələrdə əldə edə bilərsiniz:
https://www.facebook.com/alians.baku/
https://www.facebook.com/panoramaparkbaku/
http://alians.az/
http://panoramapark.az/az/
U.A.
www.oxu.az