Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Benzema bu mövsümün sonunda karyerasını bitirə bilər
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun 36 yaşlı fransalı hücumçusu Kərim Benzema bu mövsümün sonunda karyerasını bitirmək variantını nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Relevo" nəşri məlumat verib.
Məlumata görə, Kərim hələlik yekun qərar verməsə də, onu bu fikrə vadar edən məqamları etiraf edib. Eyni zamanda, Səudiyyə klubu gözləyir ki, fransalı futbolçu 2026-cı ildə müqaviləsi başa çatana qədər oynayacaq. O da qeyd olunub ki, Benzema artıq "Real Madrid" ilə klub səfiri vəzifəsi ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, 36 yaşlı Kərim Benzema 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanı klubuna qatılıb. Bu mövsüm o, bütün turnirlərdə 11 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.
"Kərim Benzema" teqi üzrə xəbərlər
- Dünyada ən çox maaş alan futbolçu kimdir?
- "Real Madrid"in fransalı ulduzu həmyerlisinin göstəricisini təkrarlayıb
- Kərim Benzema yenidən "Real Madrid"ə qayıda bilər
- "Atalanta" ilə görüşdə fərqlənən Kilian Mbappe adını Çempionlar Liqasının tarixinə yazdırıb
- Benzema ilə münaqişə edən baş məşqçi qovuldu