Amerika Hava və Kosmik Agentliyinin (NASA) yeni kosmik gəmisi olan “New Horizons” (Yeni üfüqlər) Pluton planetinin səthinə 12 min 500 km yaxınlaşacaq.
Oxu.Az xəbər verir ki, yaxınlaşmadan öncə aparat Yerə cırtdan planetin səthindən 766 min km uzaqlıqda çəkilən fotolarını ötürüb.
“New Horizons” planetin ən yaxın fotolarını çəkəcək ilk kosmik gəmi olacaq. Stansiya cırtdan planetin səthinə çıxarılmayacaq – maksimal yaxınlaşma nəticəsində aparat Pluton və onun peyki Haron haqqında elmi məlumatları toplayacaq.
Plutona yaxınlaşmaq üçün “New Horizons”a doqquz ildən bir qədər artıq vaxt lazım olub: “New Horizons”un Günəş sisteminə səyahəti 2006-cı ilin yanvar ayından başlayıb. Stansiyadan ötürülən siqnal Yer kürəsinə 4,5 saata çatır.
E.Ə.
www.oxu.az